Fransada azərbaycanlıların uyuduğu məzarlıq

18:55 | 14 Yanvar, 2019

Fransanın San-Klu (Saint-Cloud) şəhərinin məzarlığı digərlərindən fərqlənir. Bu məzarlıqda Fransa tarixinə adı qızıl hərflərlə yazılmış bir sıra tanınmış şəxsiyyətlər, I və II dünya müharibələrində öz həyatlarını itirmiş 210 müharibə qurbanı dəfn olunub.

“Report“un Qərbi Avropa bürosu bu məzarlıqdan reportaj hazırlayıb.

Azərbaycanın görkəmli siyasi xadimi, diplomat, hüquqşünas, Çar Rusiyasında Birinci Dövlət Dumasının üzvü (1905), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sədri (1918-1920), 1919-cu ildə müstəqil cümhuriyyəti Paris sülh Konfransında tanıtmaq üçün Fransaya gələn nümayəndə heyətinin sədru Əlimərdan bəy Toçubaşov, həyat yoldaşı Pəri xanım, oğlanları Rəşid bəyƏləkbər bəy də bu məzarlıqda uyuyurlar.

1919-cu ildə müstəqil cümhuriyyəti Paris sülh Konfransında tanıtmaq üçün Fransaya gələn nümayəndə heyətinin tərcüməçisi və müşaviri Ceyhun bəy Hacıbəyli, həyat yoldaşı Zöhrə xanım, oğlanları CeyhunTimuçin birgə, eyni daşın altında bu məzarlıqda dəfn olunublar. Ceyhun bət Hacıbəylinin oğlu Ceyhun gənc yaşlarında II dünya müharibəsində həlak olub və o bu gün bu məzarlıqda uyuyan 210 müharibə şəhidlərindən biridir.

Məzarlıqda uyuyan Strasburq, daha sonra Bordo şəhərlərində Zoologiya və Fiziologiya fakültələrində kafedraya rəhbərbərlik edən həkim-professor Jules Chéron (1833-1900) xüsusilə, Oftalmomikroskop sahəsində özünün kəşf etdiyi tibbi cihaz ilə beyin dövranına həsr etdiyi elmi araşdırlmaları ilə tibbə əvəzolunmaz töhfələr verib.

Uyuyanlar arasında Fransız astronomu, optika sahəsi üzrə mühəndis, professor Henri Chretien (1879-1956) optika sahəsindəki ixtiraları ilə məşhur olub. O, 1917-ci ildə, “refleks“ reflektorunu icad edib. Daha sonra tankların geniş formatlı teleskoplarını əvəz etmək üçün optik sistem üzərində işləyib ki, bunun nəticəsində hiperqonarın ixtirasına imkanlar açılıb. 1922-ci ildə hiperbolik güzgülü teleskop əldə etmək üçün yeni optik birləşməni ixtira edir. 1926-cı ildə mütəxəssis “Hyperqonar” adlı obyekt icad edib ki, bu ixtirasına görə 1931-ci ildə Elmlər Akademiyasının “Valz“ mükafatına layiq görülüb. Bu ixtirası 1953-cü ildə “Cinemascope”u icad etmək üçün perspektivlər açıb.

Yüzdən çox kitabın müəllifi olan Maurice Allais bu günə kimi İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən yeganə fransızdır. O bir sıra iqtisadi nəzəriyyənin, o cümlədən məşhur “Allais paradoksu“ nəzəriyyəsinin banisi, iqtisadiyyata dair çoxlu sayda kitabın müəllifidir.

Fransanın müqavimət hərəkatının qabaqcıllarından biri, Nansi (Nancy) şəhərinin azad edilməsindən sonra Şarl de Qollu şəxsən özü bu şəhərdə qarşılayan Gilbert Grandvalın adı bu gün şərəflə hallanır. O, müqavimət hərəkatının tərkibində olarkən Fransanın 8 departamentində Fransa Daxili Qoşunlarına rəhbərlik edib.

Məhşur məzarlıqda bundan başqa Fransanın tanınmış kino aktyoru, rejissor və senaristi Gérard Blain (1930-2000), komediya ustası Gabrel Robinne, mjusiqişünas Jeanne de Miramon 1895-1940) və digərləri də uyuyur.

Məzarlığın digər sakini Fransanın öz dövrü üçün məşhur rəssamlarından olan Edouard Joseph Dantan tanınmış heykəltəraş karikaturaçı Antoine Laurent Dantanın oğludur. Əl işlərini naturalizm üslubunda yaradıb və bu janrın inkişafında töhfəsi əvəzolunmazdır. O, atın büdrəməsi və yıxılması nəticəsində içində olduğu avtomobilin kilsəyə çırpılması nəticəsində müəmmalı və faciəvi şəkildə həyatını dəyişib.

Burada uyuyanlar arasında dünyaşöhrətli fransız yazıçısı Emil Zolanın qızı Denise də var.

Yerigəlmişkən, Fransanın San-Klu məzarlığından başqa digər məzarlıqlarda da, habelə, Bobinyi və Monparnas məzarlıqlarında da azərbaycanlı mühacirlər yatırlar.