Tənzilə Rüstəmxanlı dahi şair üçün başsağlığı verdi ( 16 Feb 2009 saat 14:45:38 )

Bəxtiyar Vahabzadəni itirdik... O, bir ruh adamıydı. O, bir cəsarət abidəsi idi. O, incə qəlbi bir şəxsiyyət idi. Xalq şairi Bəxtiyar Vahabzadə bütün xoş sözlərə layiq insan idi. Onun ölümü ürəyində Türklük sevdası olan hər kəsi dərindən yaraladı. çünki Bəxtiyar müəllim, 7-dən 70-ə hər kəsin Şairi idi. Ədəbiyyatımızın ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz bənzərsiz yaradıcılığı ilə təkcə bədii fikrimizin zənginləşməsində mühüm rol oynadımadı, onun şeirləri bu ölkənin insanının ürəyindəki Azadlıq eşqini sönməyə qoymadı və xalqımız onun şeirlərindən aldıqları mənəvi ruhla müstəqilliyimizi qazandılar. Bəli, bu gün Azərbaycan xalqı onun simasında öz ağsaqqalını itirdi. Azərbaycan xalqı onun simasında bir İNSANI itirdi... Ruhun şad olsun, Bəxtiyar müəllim!.. Dərin sayğı və ehtiramla Tənzilə Rüstəmxanlı Azəri-Türk Qadınlar Birliyinin sədri
Bu xəbər 1429 dəfə oxunub. |