Yaxın günlərdə Azərbaycan kino ensiklopediyası nəşr olunacaq ( 17 Feb 2009 saat 10:06:59 )
Yaxın günlərdə Azərbaycan kino ensiklopediyası nəşr olunacaq. Kinoşünas, əməkdar icəsənət xadimi Aydın Kazımzadə bildirib ki, hazırladığı "Azərbaycan kino ensiklopediyası" kitabını tamamlamaq üzrədir. Azərbaycan oxucularına ilk dəfə təqdim olunacaq belə bir fundamental kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaxın vaxtlarda nəşr olunacaq. Ensiklopediyanın xarici dillərə tərcüməsi nəzərdə tutulur.