Muğam sənətinə həsr olunmuş sənədli film çəkilir ( 17 Feb 2009 saat 10:17:44 )
Azərbaycanda muğam sənətinə həsr olunmuş sənədli film çəkilir. Bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Filmin rejissoru tanınmış klipmeyker Emin Mirabdullayevdir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən sənədli filmin adı yaxın günlərdə müəyyənləşdiriləcək. Sənətkarların fikirlərinin və maraqlı arxiv materiallarının əksini tapacağı filmin ssenari müəllifi Azərbaycan Milli Konservatoriyasının müəllimi Şəhla Mahmudovadır. Filmdə Azərbaycanın xalq artisti Əlibaba Məmmədovun Bülbül adına orta ixtisas Musiqi Məktəbində apardığı dərs və gənc xanəndə Səbuhi İbayevin ifasında "Qarabağ şikəstəsi" lentə alınıb. Bundan başqa, yazıçı Anarın çıxışı və onun həyat yoldaşı, musiqişünas Zemfira Səfərovanın xanəndə Cabbar Qaryağdıoğlu haqqında araşdırmalarından ibarət süjet əks olunub. Filmdə Heydər Əliyev Fondunun sektor müdiri Nadir Axundovun və görkəmli xanəndə Alim Qasımovun fikirləri də əksini tapıb