«Azərbaycan milli kulinariyası» sənədli filminin montajına başlanılıb ( 17 Feb 2009 saat 11:53:37 )
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Salnamə» studiyasında Azərbaycan mətbəxi haqda sənədli film çəkilir. «Azərbaycanın milli kulinariyası» adlanan film müxtəlif bölgələrin mətbəxini özündə əks etdirəcək. Filmi ərsəyə gətirmək üçün çəkiliş qrupu demək olar bütün regionları gəzib. Ermənilər Azərbaycan milli mətbəxinin dolma, plov kimi nümunələrini özününküləşdirib, hər yerdə erməni milli xörəyi kimi təqdim edir. «Szlnamə» studiyasının çəkdiyi filmdə isə ermənilərin mənimsədiyi xörəklərin əslində Azərbaycanın milli mətbəxinin məhsulu olduğu göstərilir və tarixi faktlarla sübut olunur. Filmin rejissoru Nicat Feyzullayevin sözlərinə görə, Azərbaycan mətxəbini erməni hücumlarından qorumaq üçün belə filmlərə böyük ehtiyac var. «Azərbaycan milli kulinariyası» filminin artıq montajına başlanılıb. 30 dəqiqəlik sənədli ekran əsərinin ssenari müəllifləri Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov və Nicat Feyzullayevdir.
Bu xəbər 3035 dəfə oxunub.
Sizin Fikriniz...
49 vaqif49
02 Jul 2010 saat 00:33:01
insanliqa yarasmayan bir vehsilik.insan aqilina siqismayan zalimliq. vehsi ,yirtici bir heyvanin yirticiliqi