Alman caz qrupu Sumqayıtda konsert verəcək ( 17 Feb 2009 saat 13:00:23 )
Almaniya Federativ Respublikasının “Berlin Voices” caz qrupu mart 1-də Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edəcək. Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin PRESSPOST-a verdiyi məlumata görə, konsert saat 18:00-da Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbində baş tutacaq. Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyindən verilən məlumata görə, “Berlin Voices” caz qrupu fevralın 26-dan martın 2-dək Azərbaycanda səfərdə olacaq. Musiqi qrupu Sumqayıt şəhəri ilə yanaşı Bakı və Şəki şəhərlərində də konsert verəcək./