Bakının Yasamal rayonunda narkotik maddələrin satışı ilə məşğul olan qardaşlar tutulub. ( 17 Feb 2009 saat 15:59:45 )
Onların mənzilindən külli miqdarda narkotik maddələr aşkar edilib. Yasamal rayon Polis İdarəsindən (RPİ) müsavat.com-a verilən məlumata görə, polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin satışı ilə məşgul olmaqda təqsirləndirilən Bakı sakini 38 yaşlı Natiq Hüseyn oğlu Zeynalov və onun qardaşı, 40 yaşlı Namiq Zeynalov dünən tutulublar. Polis əməkdaşları N.Zeynalovun evinə baxış keçirərkən oradan 500 qram heroin, 1,6 kiloqram tiryək, 4 ədəd “levomessin” ampulası, iki ədəd tərəzi, Namiq Zeynalovun üzərindən isə 0,270 qram heroin aşkar edərək götürüblər. Faktla bağlı RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.