Azərbaycanın ilk rəngli filmlərindən olan "Doğma xalqımıza" filmi bərpa olunub ( 18 Feb 2009 saat 10:30:00 )
 Azərbaycanın ilk rəngli bədii-sənədli filmi- 1954-cü ildə Bakıda çəkilən "Doğma xalqımıza" filmi Rusiya Dövlət Film Fondu tərəfindən bərpa olunub. Bu barədə Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev məlumat verib. O bildirib ki, "Doğma xalqımıza" adlı filmin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi Həsən Seyidbəyli, baş operatoru isə Əlisəttar Atakişiyevdir. Bir saat həcmində olan filmdə görkəmli müğənnilər Rəşid Behbudov, Bülbül, məşhur rəqqaslar Qəmər Almazsadə, Leyla Vəkilova, Rəfiqə Axundova və başqaları çəkiliblər. Filmdə görkəmli Azərbaycan bəstəkarları üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Qara Qarayevin, Tofiq Quliyevin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun əsərləri ifa edilib, "Koroğlu, "Nərgiz" operalarından, "Yeddi gözəl", "Qız qalası", "Gülşən" baletlərindən fraqmentlərdən də istifadə olunub./
Bu xəbər 1716 dəfə oxunub. |
Sizin Fikriniz...
| | |