İsveçrədə "Azərbaycan ili" keçiriləcək ( 18 Feb 2009 saat 12:37:32 )
Yaxın aylarda İsveçrədə "Azərbaycan ili" çərçivəsində tədbirlər keçiriləcək. Bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib. Nazir bildirib ki, İsveçrədə "Azərbaycan ili"nin keçirilməsi qərarı bir müddət əvvəl verilib: "Bu tədbirlər yaz aylarından başlayaraq dörd ay müddətində keçiriləcək. Azərbaycan mədəniyyətinin bütün sahələrini əks etdirən xüsusi tədbirlər planı hazırlanır. İsveçrə tərəfi bunu "Azərbaycan ili" kimi qeyd etsə də, mən dörd aylıq mədəniyyət proqramı kimi qiymətləndirirəm".