Bəxtiyar Vahabzadənin sonuncu vəsiyyəti ( 19 Feb 2009 saat 10:22:33 )
Fevral 19-da saat 22.00-da ANS TV-nin efirində Bəxtiyar Vahabzadə ilə Mirşahin Ağayevin müsahibəsi ilk dəfə efirə veriləcək. Böyük şair ANS-dən xahiş etmişdi ki, bu müsahibə ölümündən sonra efirə verilsin. Xalq şairi Bəxtiyar Vahabzadənin yüzlərlə müsahibəsi var. Bu müsahibə isə təkdir və beləsi daha olmayacaq. Müsahibənin tam mətnini fevralın 19-u ANSPRESS-də oxuya biləcəksiniz. Xatırladaq ki, xalq şairi Bəxtiyar Vahabzadə fevralın 13-ü uzun sürən xəstəlikdən sonra vəfat edib. Türk dünyasının böyük şairi ilə vida mərasimi fevralın 14-də uzun müddət dərs dediyi Bakı Dövlət Universitetində keçirilib. Şair Fəxri Xiyabanda dəfn edilib.