Yalnız hədəfə doğru Az En Ru
ƏLAQƏ (YAYIN KURULU)
AZERBAYCAN - QARABAĞ
XƏBƏRLƏR UMUMÎ
TÜRKİYE HABERLERİ
DÜNYA HABERLERİ
DİNÎ HABERLER
MÜSAHİBƏ (RÖPORTAJ)
İQTİSADİYYAT (EKONOMİ)
SİYASET (POLITIQA)
İÇTİMAİYAT (SOSIAL, TOPLUM)
BİLİM-KÜLTÜR-SANAT
İDMAN (SPOR)
KRİMİNAL (VAKALAR)
TIB - SAĞLIK
MAGAZIN
HUSUSÎ HABER
LİNKLƏR (AXTARIŞ)
 
 

Xəbərlərə Abunə olmaq ücün emailinizi daxil edin

Lütfən şəkildə gördüyünüz yazını daxil edin


ləğv et

«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
 
Hocalı'da ne olmuştur?
Türklere karşı soykırım
Ermeni ve Rus zalimliği
Ermeni vahşetinin örneğidir
Savaş hukukunun ihlali
Türklerin Ermenileri katledişi
 
Digər Sorğular
 
 
Xəbərlər
Dünya maliyyə böhranı Azərbaycanda mədəniyyət üçün ayrılan büdcəyə də təsir edəcək
( 19 Feb 2009 saat 11:25:51 )


Dünya maliyyə böhranının 2009-cu ildə həyata keçirilməsi planlaşdıran iri mədəniyyət layihələrinə də təsir ehtimal olunur. Qeyd edək ki, bu il mədəniyyət sahəsində Dövlət Xalça Muzeyi üçün binanın tikilməsi, açıq səma altında Etnoqrafiya muzeyinin yaradılması, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təmir-bərpası, dövlət sifarişi əsasında yeddi bədii filmin istehsalata buraxılması, M. F. Axundov adına Milli Kitabxanada əsaslı təmir işlərinə başlanılması, İslam mədəniyyəti paytaxtı elan olunan Bakıda geniş tədbirlərin keçirilməsi, "Avrovijn" rəqs müsabiqəsinə hazırlıqların görülməsi kimi çoxsaylı iri və kompleks tədbirlərin keçirilməsi nəzərdə tutulub. Neftin qiymətinin ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalacağını nəzərə alan iqtisadçı ekspertlər isə böhranın dərinləşəcəyi cari ildə iri layihələrdən daha çox dövlətin iqtisadi və siyasi maraqlarını əks etdirənlərinin önə çəkilməsini vacib bilir.
“Qarabağ probleminin dünyaya tanıdılması və onun həll olunması istiqamətində hansısa irəliləyişlərə nail olmağımız, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması və bir mədəni ölkə olaraq tanınması ön plana çəkilir. Bütövlükdə mədəniyyət layihələrinə çəkilən xərclər bunların əsasında qiymətləndirlir. Böhran dövrü olduğu üçün layihələrə xüsusi yanaşma irəli gəlir. Məhz o cür böyük problemlərin həllinə yönələn layihələr çox önəmlidir” - deyə iqtisadçı ekspert Azər Mehdiyev bildirib.
Əvvəllər planlaşdırılan layihələrin əsasən artmaqda olan neft gəlirlərinə söykəndiyini xatırladan ekspert dünya ölkələrini vahiməyə salan iqtisadi böhran şəraitində, neftin qiymətinin günü-gündən enməsi fonunda böyük maliyyə vəsaiti tələb edən iri layihələr arasında seçim etməyin zəruri olduğunu qeyd edir.
Azər Mehdiyevin fikrincə, dövlət effektlilik baxımından daha az səmərə verəcək layihələrdən imtina etsə yaxşı olar. “2009-cu il kimi böhran ilində böyük xərclərlə maliyyələşdirilməsi, söhbət yalnız beynəlxalq tədbirlərdən getmir, yolverilməzdir. Elə ölkə daxilində, Bakıda dünyada analoqu olmayan fəvvarələrin tikintisi kimi, park və bağların təmiri işlərindən tutmuş son nəticəsi elə də böyük nəticələr vəd etməyən idman və mədəniyyət tədbirlərinə qədər. Vəsaitlərin daha çox əhalinin sosial vəziyyətinin yüngülləşdirilməsinə istiqamətlənmiş sahələrə, yaxud iqtisadiyyata təkan verməklə yeni iş yerlərinin açılmasına imkan verən sahələrə yönəltməsi daha məqsədəuyğun olardı”.
Mədəniyyət və Turizm Nazirliyindən isə qlobal maliyyə böhranının bu il üçün nəzərdə tutulan və artıq icrasına başlanılan layihələrin işinə böyük təsir etməyəcəyi bildirilir. Nazir Əbülfəs Qarayev tədbirlərin planlı şəkildə həyata keçiriləcəyini deyir. “Artıq Nazirlər Kabineti tərfindən investisiyaların siyahısı təsdiq olundu. Bizə müəyyən vəsait ayrıldı. O vəsait çərçivəsində biz işlərimizi davam etdirəcəyik. Biz bu il gənc tamaşaçılar teatrını tamamlamaq niyyətindəyik. İncəsənət Muzeyinin 1-ci hissəsini tamamlamaq niyyətindəyik. Xalça Muzeyinin tikintisi davam etdirik həmçinin iki yeni böyük layihə başlandı. "Nizami" kinoteatrı artıq bərpa işlərinə tam həcmdə başlayıblar və milli dram teatrının binası yenidən qurulur".
Maddi çətinliklərin qarşıya çıxmayacağını proqnozlaşdıran Əbülfəs Qarayevin fikrincə, maliyyə böhranı yalnız gələcəkdə başlanılması planlaşdırılan işlərin icrasında müəyyən ləngiməyə səbəb ola bilər. Həyata keçirilməsi vacib layihələr isə nəzərdə tutulan vaxt içərisində gerçəkləşdiriləcək.

      
Bu xəbər 1213 dəfə oxunub.

Sizin Fikriniz...

Ad: E-mail:
Mətn:


 

06 Sep 2010 saat 13:55:03
İki millət vəkili iki şəhid əsgərin ailəsinə baş çəkib
01 Sep 2010 saat 15:55:52
AMİP Siyasi Şurasının bu gün keçirilən iclasında AMİP Mərkəzi Şurasının çağırılması, parlament seçkilərinə hazırlıq və ölkədəki sosial-iqtisadi durum müzakirə olunub.
01 Sep 2010 saat 15:54:52
AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadənin bu gün “Ümid” Partiyasının sədri İqbal Ağazadə ilə görüşü keçirilib.
01 Sep 2010 saat 15:39:36
Sumqayıtda yolların asfalt örtüyünün dəyişdirilməsi üzrə bir sıra işlər görülür
01 Sep 2010 saat 15:09:31
AGBank III Bankdaxili Regional Konfrans keçirib
01 Sep 2010 saat 15:08:33
Sabir Rüstəmxanlı Asiya Siyasi Partiyalarının Beynəlxalq konfransında iştirak edəcək
01 Sep 2010 saat 15:07:42
Təhsil Nazirliyi ABU-nun fəaliyyətini dayandırıb
01 Sep 2010 saat 15:06:52
Mingəçevirdə gənc oğlan bıçaqlanıb
01 Sep 2010 saat 15:03:43
Milli Qəhrəmana həsr olunmuş film çəkilib
01 Sep 2010 saat 15:02:34
İstanbulda auditlə bağlı beynəlxalq konfrans keçiriləcək
 
Ramazan Ercan BİTİKÇİOĞLU (ramerbey@gmail.com)
Kadir Gecesi ya da bir ömür...
Hikmət Carçılı
Hakimiyyətə yaxın olmaq qəbahət deyil ki?
Bülent ESİNOĞLU
Arkalarında Amerika da Olsa, Buna Güçleri Yetmez
Nigar ALMANQIZI
Bermuda Şeytan Üçgeni Kırgızistan’da
Eldəniz Elgün
Xəyanət və itirilən türk dünyası
İntigam İ B R A H İ M O Ğ L U (Almaniya Bürosu) ( intigam55@gmail.com )
Xocalı soyqırımı Bütün türk millətinin qan yaddaşıdır
Əhməd ŞAHİDOV
PRİŞTİNA ŞƏHƏRİNİN KÜÇƏLƏRİNDƏ MÜHARİBƏNİN İZLƏRİNİ DUYMAQ OLUR”
N u r u l l a h M A R D İ N Mahalli İdareler Uzm. Gzt. Yazar Araştırmacı
FİTRE VERMEK
Asəf ORUCOĞLU aliyev_asaf@yahoo.com
OV VƏ -YEV SOYAD SONLUQLARINDA TÜRK İZLƏRİ
Ahmet BÖREK
KÖPEKLER İYİCE KUDURDU
Dr. Elnur Nəsirov
II QARABAĞ MÜHARİBƏSİ Hədəmi, reallıqmı?
Orhan ARAS (Şair ve Yazar)
Şair, baban sende yaşıyor!
Raqif RAUFOĞLU
Türkiyə-Suriya birliyi ( Davamı...)
Yusuf Ahmed
KADİR GECESİ
Ahmet AYTAÇ(Belçika)
TÜRK MİLLİ BİRLİK KURULTAYI VE SIRP ALÇAKLIĞI
Dr. Lütviyye ASGERZADE (Azerbaycan Milli Bilimler Akademisi)
Zamanın Taleyini Yaşayan Turan Hanım
Qənirə PAŞAYEVA ( Azerbaycan Milletvekili )
Eşqə həsr edilmiş ömür III
Cabbar ŞIKTAŞ (cabbargazete@gmail.com)
DÜNYANIN DÖRT BİR YANINA DAĞILAN AZERBAYCANLILAR
Seymur HƏSƏNLİ
Din pərdəsi altında milli birliyimizə qarşı təxribat!!!
Bəxtiyar Hidayət
MİR VƏ ŞAHİN
Mehman Həsən Yeni Nəfəs Gənclər Hərəkatının sədri
Sadə Vətəndaşdan sadə vətəndaşlara məktub
 

Copyright © 2008 PressPost.