Yalnız hədəfə doğru Az En Ru
ƏLAQƏ (YAYIN KURULU)
AZERBAYCAN - QARABAĞ
XƏBƏRLƏR UMUMÎ
TÜRKİYE HABERLERİ
DÜNYA HABERLERİ
DİNÎ HABERLER
MÜSAHİBƏ (RÖPORTAJ)
İQTİSADİYYAT (EKONOMİ)
SİYASET (POLITIQA)
İÇTİMAİYAT (SOSIAL, TOPLUM)
BİLİM-KÜLTÜR-SANAT
İDMAN (SPOR)
KRİMİNAL (VAKALAR)
TIB - SAĞLIK
MAGAZIN
HUSUSÎ HABER
LİNKLƏR (AXTARIŞ)
 
 

Xəbərlərə Abunə olmaq ücün emailinizi daxil edin

Lütfən şəkildə gördüyünüz yazını daxil edin


ləğv et

«

2010

»
«

September

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
 
Hocalı'da ne olmuştur?
Türklere karşı soykırım
Ermeni ve Rus zalimliği
Ermeni vahşetinin örneğidir
Savaş hukukunun ihlali
Türklerin Ermenileri katledişi
 
Digər Sorğular
 
 
Xəbərlər
KONSTİTUSİYAYA TƏKLİF EDİLƏN BƏZİ MADDƏLƏRƏ ƏLAVƏLƏRİN HÜQUQİ ANALİZİ
( 19 Feb 2009 saat 18:19:11 )

Ələsgər Məmmədli


Konstitusiyaya təklif edilən şəxsi həyatın qorunmasına, və məlumat azadlığına  dair əlavə və dəyişikliklər Konstitusiyanın özünə və İnsan Hüquq və azadlıqlarının qorunmasına dair Avropa Konvensiyanın normalarına ziddir. Belə ki, düzəlişlərə əsasən, 32-ci maddənin üçüncü hissəsinə “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” cümləsini əlavə etmək nəzərdə tutulur.

 Bu dəyişiklik təklif edilmədən öncə də Konstitusiyanın 32-ci maddəsi şəxsi həyata müdaxiləyə yol vermirdi. Belə ki, 32-ci maddəyə nəzər saldıqda bunu aydın görmək mümkündür.

 

Maddə 32. Şəxsi toxunulmazlıq hüququ

I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyatına müdaxilə etmək qadağandır.

III. öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

 IV. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

 

Konstitusiyanın 32-ci maddəsinin III bəndi çox açıq bir ifadə ilə “öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir” –deməklə, şəxsi həyata müdaxilənin yolverilməzliyini bildirib.

Bu bəndə “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz."- şəklində bir müddəanın əlavə edilməsi şəxsi həyatdan kənara çıxmaqda və şəxsin bütünlüklə həyatını əhatə etməkdədir. çünki, III bəndin mətnində aydın şəkildə “öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına...”- deməklə şəxsi həyat haqqında məlumatın toplanmasının (nə ilə olmasının fərqi yoxdu  - bu video ilə də ola bilər, diktafon yaxud digər vasitələrlə də) yolverilməz olduğunu bildirib. Yenidən buraya bir cümlə əlavə edilir və oraya “şəxsi həyat” qeydi qoyulmadan “heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.” – deyilirsə, buradan aydın anlaşılır ki, təkrar şəxsi həyat haqqında məlumat toplanması deyil, ümumiyyətlə şəxsin razılığı olmadan onun barəsində şəxsi həyata aidiyyatı olmayan yerlərdə də (məsələn iş yerində) informasiyaların toplanması, yaxud çəkilişə məruz qalması, səsinin qeydə alınması yolverilməzdir. “Onun xəbəri olmadan” –ifadəsi eyni zamanda gizli çəkilişi də tamamilə məhdudlaşdırır. çünki, bəzən rəsmi səlahiyyət daşıyan şəxslərin qanunsuz hərəkətləri, davranışları, danışıqları qanuni yollarla açıq çəkilə, yazıla  bilmir, yaxud bu davranışlar gizli ortamda (məsələn rüşvət tələb etmə, yaxud tabeliyində olan şəxsə qarşı yolverilməz hərəkətlər etmək və s.) baş verir. Əsasən belə hadisələr gizli yolla, onun xəbəri olmadan  gizli vasitələrlə qeydə alınır, müəyyən edilir.

Bu gün qüvvədə olan Kütləvi informasiyalar haqqında Azərbaycan Respublikasının Qanununun 10-1-ci maddəsi də gizli çəkilişi qadağan etmir, gizli yolla əldə olunan video lentin istifadəsini bəzi hallar istisna olmaqla məhdudlaşdırır.  Konstitusiyaya təklif edilən əlavə isə artıq istifadəni yox, birbaşa informasiyanın gizli toplanmasını məhdudlaşdırır.

Əslində belə düzəlişlərə heç bir zərurət yoxdur, belə ki, mövcud Konstitusiya və qanunvericilik bu məsələləri tənzimləyir. Xüsusən, bu məsələlər 2002-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın müddəalarına uyğunlaşdırılıb.   

Digər tərəfdən, təklif edilən düzəlişlər hüquq və azadlıqlar sahəsində vəziyyəti  ağırlaşdıra bilər. Konstitusiyanın  155-ci maddəsinə əsasən, insan və vətəndaşın hüquq və azadlıqlarının Azərbaycanın iştirakçısı olduğun beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan çox məhdudlaşdırılmasına yol verilmir. Təklif edilən düzəlişlər isə Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın ifadə azadlığını tənzimləyən  10-cu maddəsinin çərçivəsindən kənara çıxır. Həmin maddənin 2-ci hissəsində ifadə azadlığının hansı hallarda məhdudlaşdırılacağı bildirilib, lakin məhdudlaşdırma vasitəsi olaraq, “video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.”- kimi geniş anlaşıla biləcək norma gətirilməyib.

Təklif edilər yeniliklər KİV-ə qarşı istifadə oluna və medianın ictimai nəzarət funksiyasının məhdudlaşdırılmasına şərait yarada bilər. Demokratik ölkələrdə qəbul edilmiş təcrübəyə əsasən, məşhur insanların (ictimai fiqurların) - siyasətçilərin, iş adamlarının, şou-biznes nümayəndələrinin və s. özəl həyatı ictimaiyyət üçün maraq doğurur. Onların özəl həyatlarının bəlli bir hissəsi digər adi insanlara nisbətən daha çox müdaxilə edilən ola bilir. Bizdə isə nə qanunvericilikdə, nə də məhkəmə yurdiksiyasında belə bir təcrübə yaradılmayıb. İctimai fiqur anlayışı faktiki olaraq rəsmi sənədlərdə və məhkəmə qərarlarında qəbul edilmir.

Bundan başqa, 18 mart tarixində Konstitusiyanın 50-ci maddəsinə hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququ”na təminat verilməsi barədə əlavə etmək nəzərdə tutulur. Burada ilk baxışdan hər şeyin normal olduğu qənaəti yarana bilər. Lakin, diqqətlə yanaşdıqda,  ”hər kəsin hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən, kütləvi informasiya vasitələrində dərc edilən məlumatıın” “yalan” olması tələb olunmur. Bu isə, hətta qüvvədə olan KİV haqqında Qanunun 44 və 45-ci maddələrində geniş şəkildə nəzərdə tutulan təkziblə bağlı maddənin müddəalarına da ziddiyyət təşkil edir. Orada təkzib olunan məlumatın “yalan məlumat” olması lazımdır. Elə məlumatlar ola bilər ki, həqiqət olsun, lakin yayılarsa şəxsin mənafelərinə ziyan vursun. Konstitusiyanın 50-ci maddəsinə  təklif edilən əlavənin mahiyyətinə nəzər saldıqda, həqiqət olan lakin, şəxsin mənafeyinə ziyan vura bilən informasiya da təkzib edilməli olacaq. çünki, “yalan” olması tələb olunmur. Məsələn, ABŞ Prezidenti Clintonun Monika Levinskiy ilə olan münasibəti yalan deyildi, lakin prezidentin mənafeyinə ciddi zərər vururdu. Təklif olunan əlavəyə görə belə olan halda məlumat təkzib edilməlidir!!!  

 


      
Bu xəbər 2281 dəfə oxunub.

Sizin Fikriniz...

Ad: E-mail:
Mətn:


 

06 Sep 2010 saat 13:55:03
İki millət vəkili iki şəhid əsgərin ailəsinə baş çəkib
01 Sep 2010 saat 15:55:52
AMİP Siyasi Şurasının bu gün keçirilən iclasında AMİP Mərkəzi Şurasının çağırılması, parlament seçkilərinə hazırlıq və ölkədəki sosial-iqtisadi durum müzakirə olunub.
01 Sep 2010 saat 15:54:52
AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadənin bu gün “Ümid” Partiyasının sədri İqbal Ağazadə ilə görüşü keçirilib.
01 Sep 2010 saat 15:39:36
Sumqayıtda yolların asfalt örtüyünün dəyişdirilməsi üzrə bir sıra işlər görülür
01 Sep 2010 saat 15:09:31
AGBank III Bankdaxili Regional Konfrans keçirib
01 Sep 2010 saat 15:08:33
Sabir Rüstəmxanlı Asiya Siyasi Partiyalarının Beynəlxalq konfransında iştirak edəcək
01 Sep 2010 saat 15:07:42
Təhsil Nazirliyi ABU-nun fəaliyyətini dayandırıb
01 Sep 2010 saat 15:06:52
Mingəçevirdə gənc oğlan bıçaqlanıb
01 Sep 2010 saat 15:03:43
Milli Qəhrəmana həsr olunmuş film çəkilib
01 Sep 2010 saat 15:02:34
İstanbulda auditlə bağlı beynəlxalq konfrans keçiriləcək
 
Ramazan Ercan BİTİKÇİOĞLU (ramerbey@gmail.com)
Kadir Gecesi ya da bir ömür...
Hikmət Carçılı
Hakimiyyətə yaxın olmaq qəbahət deyil ki?
Bülent ESİNOĞLU
Arkalarında Amerika da Olsa, Buna Güçleri Yetmez
Nigar ALMANQIZI
Bermuda Şeytan Üçgeni Kırgızistan’da
Eldəniz Elgün
Xəyanət və itirilən türk dünyası
İntigam İ B R A H İ M O Ğ L U (Almaniya Bürosu) ( intigam55@gmail.com )
Xocalı soyqırımı Bütün türk millətinin qan yaddaşıdır
Əhməd ŞAHİDOV
PRİŞTİNA ŞƏHƏRİNİN KÜÇƏLƏRİNDƏ MÜHARİBƏNİN İZLƏRİNİ DUYMAQ OLUR”
N u r u l l a h M A R D İ N Mahalli İdareler Uzm. Gzt. Yazar Araştırmacı
FİTRE VERMEK
Asəf ORUCOĞLU aliyev_asaf@yahoo.com
OV VƏ -YEV SOYAD SONLUQLARINDA TÜRK İZLƏRİ
Ahmet BÖREK
KÖPEKLER İYİCE KUDURDU
Dr. Elnur Nəsirov
II QARABAĞ MÜHARİBƏSİ Hədəmi, reallıqmı?
Orhan ARAS (Şair ve Yazar)
Şair, baban sende yaşıyor!
Raqif RAUFOĞLU
Türkiyə-Suriya birliyi ( Davamı...)
Yusuf Ahmed
KADİR GECESİ
Ahmet AYTAÇ(Belçika)
TÜRK MİLLİ BİRLİK KURULTAYI VE SIRP ALÇAKLIĞI
Dr. Lütviyye ASGERZADE (Azerbaycan Milli Bilimler Akademisi)
Zamanın Taleyini Yaşayan Turan Hanım
Qənirə PAŞAYEVA ( Azerbaycan Milletvekili )
Eşqə həsr edilmiş ömür III
Cabbar ŞIKTAŞ (cabbargazete@gmail.com)
DÜNYANIN DÖRT BİR YANINA DAĞILAN AZERBAYCANLILAR
Seymur HƏSƏNLİ
Din pərdəsi altında milli birliyimizə qarşı təxribat!!!
Bəxtiyar Hidayət
MİR VƏ ŞAHİN
Mehman Həsən Yeni Nəfəs Gənclər Hərəkatının sədri
Sadə Vətəndaşdan sadə vətəndaşlara məktub
 

Copyright © 2008 PressPost.