Dövlət Rus Dram Teatrı festivala hazırlaşır ( 23 Feb 2009 saat 10:25:21 )
Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı Sankt-Peterburqda keçiriləcək XI Beynəlxalq Baltiya festivalında iştirak edəcək. Festival aprelin 1-dən 7-dək davam edəcək. Teatrın yaradıcı heyəti beynəlxalq tədbirdə xalq artisti, rejissor Aleksandr Şarovskinin quruluşunda Anton Pavloviç çexovun “çayka” əsərini nümayiş etdirəcək. Tamaşada rolları Xalq artistləri Səfa Mirzəhəsənov, Yuri Baliyev, aktyorlar Natalya Şarovskaya, Teymur Rəhimov, Natəvan Hacıyeva və başqaları ifa edəcək